AZ

Qazaxıstanın yeni Konstitusiyanın ilk layihəsi təqdim olunub

Qazaxıstan Konstitusiya Məhkəməsinin sədr müavini Bakıt Nurmuxanov Konstitusiya İslahatları Komissiyasının altıncı iclasında ölkənin yeni Əsas Qanununun layihəsini təqdim edib.

Xezerxeber.az “Kazinform”a istinadla xəbər verir ki, onun sözlərinə görə, əvvəlki iclasda Komissiyanın bir neçə üzvü yeni Konstitusiya layihəsinin hazırlanmasını təklif edib. Buna uyğun olaraq, yeni Əsas Qanunun ilk layihəsi hazırlanıb.

Burada son altı ay ərzində alınan vətəndaş təklifləri, Komissiya üzvlərinin fikirləri, dördüncü iclasda təqdim edilən layihə ilə bağlı şərh və tövsiyələr öz əksini tapıb.

“Qazaxıstanın yeni Konstitusiyasının ilk layihəsi Preambula, 11 bölmə və 95 maddədən ibarətdir. Konstitusiyanın Preambulası tamamilə yenilənib. O, keçmişi ehtiva edən, habelə ölkənin bu günü və gələcəyi üçün bələdçi rolunu oynayan milli dəyərləri əks etdirir. İnsan kapitalının, təhsilin, elmin və innovasiyanın inkişafı dövlət fəaliyyətinin strateji sahəsi kimi qəbul edilir”, - deyə Bakıt Nurmuxanov bildirib.

“Konstitusiya sisteminin əsasları” adlı birinci bölmə dövlətin strukturunu müəyyən edən, onun suverenliyini və müstəqilliyini gücləndirən fundamental müddəaları müəyyən edir. Qazaxıstan Respublikası idarəetmə forması prezident respublikası olan unitar dövlətdir. Suverenlik və müstəqillik, unitar xarakter, ərazi bütövlüyü və respublikanın idarəetmə forması dəyişməz dəyərlər hesab olunur.

Dördüncü maddədə açıq şəkildə bildirilir ki, dövlət hakimiyyətinin yeganə mənbəyi və suverenliyin daşıyıcısı Qazaxıstan xalqıdır”, - deyə Bakıt Nurmuxanov qeyd edib.

Seçilən
8
13
xezerxeber.az

10Mənbələr