AZ

Yeni tikilən tuneldə maaşa görə işlər dayandırılıb? RƏSMİ CAVAB

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, paytaxtda yol-nəqliyyat şəbəkəsinin yenilənməsi məqsədilə ümumilikdə 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Həmin layihələrdən biri də Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirən yeni yolun tikintisidir. Layihənin icrası “Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən həyata keçirilir. Artıq bir neçə aydır tikinti işlərinə start verilib və bir sıra ərazilərdə aktiv fəaliyyət müşahidə olunub. Lakin iddialara əsasən, layihənin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindən keçən hissəsində bir neçə gündür ki, işlər dayanıb. İddia olunur ki, fasilənin əsas səbəbi tikintidə çalışan işçilərin əməkhaqqısının ödənilməməsidir.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin video həqiqəti əks etdirmir:“Layihə təkcə “Şəki dairəsi”ndən ibarət deyil, ümumi uzunluğu təxminən 4 km-dir. Zəfər Nərimanov küçəsindən başlayır, Həsən Əliyev küçəsində yekunlaşır. İşin müəyyən nöqtədə dayanması layihənin yekunlaşması demək deyil. Bu layihələr dövlət proqramına uyğun olaraq icra olunur və ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Müəyyən yerlərdə işin müvəqqəti dayanmasının səbəbləri müxtəlif ola bilər. Buna hava şəraiti, işçilərin istirahəti, texniki işlər və s. aiddir. Bu, layihənin dayandığı anlamına gəlmir. Maaşların verilməməsi ilə bağlı iddialar isə absurddur”.Qeyd edək ki, bu yolun istifadəyə verilməsi Bakının ən sıx nöqtələrindən olan Nərimanov və Xətai rayonları arasındakı məsafəni xeyli qısaldacaq. Gündəlik işə və ya evə gedən sürücülər artıq mərkəzi yollardakı uzun tıxaclarda vaxt itirməyəcək, həmçinin yanacaq sərfinə qənaət edəcəklər. Bir sözlə, bu layihə paytaxt sakinlərinin hərəkət rahatlığını birbaşa təmin edəcək infrastruktur həlqəsidir.Leyla Turan

Demokrat.az

 

@patrul.az.official

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, paytaxtda yol-nəqliyyat şəbəkəsinin yenilənməsi məqsədilə ümumilikdə 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Həmin layihələrdən biri də Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirən yeni yolun tikintisidir. Layihənin icrası “Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən həyata keçirilir. Patrul.az xəbər verir ki, artıq bir neçə aydır tikinti işlərinə start verilib və bir sıra ərazilərdə aktiv fəaliyyət müşahidə olunub. Lakin iddialara əsasən, layihənin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindən keçən hissəsində bir neçə gündür ki, işlər dayanıb. İddia olunur ki, fasilənin əsas səbəbi tikintidə çalışan işçilərin əməkhaqqısının ödənilməməsidir. Tikinti sahəsində müşahidə olunan durğunluq isə həm ərazidə yaşayan sakinlərin, həm də yoldan istifadə edən sürücülərin diqqətini çəkir. Sakinlər işlərin dayanmasının layihənin ümumi icra qrafikinə təsir göstərə biləcəyindən narahat olduqlarını bildirirlər. Qeyd edək ki, sözügedən yol layihəsi tamamlandıqdan sonra ərazidə nəqliyyat axınının rahatlaşacağı, alternativ marşrutların yaranacağı və sıxlığın azalacağı gözlənilir. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Məsələ ilə bağlı rəsmi qurumların və məsul şəxslərin açıqlamasını təqdim edəcəyik.

♬ original sound - Patrul.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
35
demokrat.az

10Mənbələr