AZ

Konstitusiya Məhkəməsi Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib.

Bu barədə "Report"a məhkəmədən məlumat verilib.

Fərhad Abdullayev deyib ki, ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları və məhkəmələrin müraciətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib.

Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh edib, qərardadlarda isə tətbiqedici orqanlar üçün praktik izahlar verib.

Nəzərə çatdırılıb ki, hazırda Konstitusiya Məhkəməsi daxilində tətbiqi nəzərdə tutulan və süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb. Yeni sistem informasiya təhlükəsizliyinin qorunması baxımından önəmli olmaqla yanaşı bir sıra əsas vəzifələri də həyata keçirəcək, internetə çıxış olmadan süni intellektdən istifadə etməklə məlumatların çevik axtarışı və sənədlərin hazırlanması, məlumatların əməkdaşlar arasında operativ sənəd mübadiləsinin təşkili iş prosesini xeyli sadələşdirəcək.

Daha sonra 2025-ci ilin yekunlarına dair geniş fikir mübadiləsi aparılıb, eləcə də, səsləndirilən rəy və təkliflər dinlənilib.

Hesabat iclasının sonunda Fərhad Abdullayev 2025-ci ildə görülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Aparatın əməkdaşlarına müvafiq tapşırıq və tövsiyələr verib.

Seçilən
97
50
far.az

10Mənbələr