AZ

“Özümü belə gözəl hiss edirəm” – Həddindən artıq tüklü qadın təhqirlərə CAVAB VERİR – FOTO

Malayziyalı gənc qadın həddindən artıq tüklü olduğu üçün təhqir edilir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Malayziyadan olan 27 yaşlı Asiyikin Abdul Rahman bədənindəki, xüsusən qol və ayaqlarındakı həddindən artıq tüklənmə səbəbindən sosial şəbəkələrdə kiber-zorakılıqla (bullinq) üzləşib.

İzləyicilər onu “meymun”, “qorilla” adlandırır, görünüşünün “iyrənc” olduğunu və kişiyə bənzədiyini yazırlar. Lakin gənc qadın bu təhqirlərə boyun əyməkdən imtina edərək, özünü olduğu kimi gözəl hiss etdiyini bəyan edib.

Asiyikin bildirib ki, illərlə bu görünüşündən utanıb və qollarını gizlətməyə çalışıb:

“Əvvəllər həmişə uzunqol geyinirdim. Hətta tüklərimi qırxmağa da çalışdım, amma tüklərim olmayanda özümü sanki çılpaq hiss edirəm”.

O, qeyd edib ki, bu xüsusiyyəti ona atasından genetik olaraq keçib və qollarındakı tüklər ona sevimli atasını xatırladır.

Hazırda “Instagram”da 250 mindən çox izləyicisi olan Asiyikin qadınlara müraciət edərək saxta gözəllik standartlarına uymamağı tövsiyə edir.

Onun “Tüklü qollar — xoşbəxt ürək” şüarı sosial şəbəkələrdə viral olub.

İndi o, təkcə pərəstişkarlarından dəstək almır, həm də dünya şöhrətli şirkətlərdən gəlirli əməkdaşlıq təklifləri qəbul edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
46
50
interpress.az

10Mənbələr