BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisinin İqor Qarafuliç Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.
QHT.az xəbər verir ki, görüş zamanı BMT–Azərbaycan Əməkdaşlıəa dair Çərçivə Sənədi (2026–2030) çərçivəsində tərəfdaşlığın davam etdirilməsi və Azərbaycanın çoxtərəfliliyə sadiqliyi müzakirə olunub.
BMT-nin Azərbaycandakı komandası ölkənin davamlı inkişaf üzrə milli prioritetlərinin dəstəklənməsinə tam sadiqdir.