AZ

Onlar da doğma yurdlarına qovuşdu FOTO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Yanvarın 30-da Xankəndi, Xocalı və Ağdərəyə növbəti qayıdış gerçəkləşib. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 25, Ağdərə rayonunun Həsənriz kəndinə 52, Xocalı rayonunun Xanyurdu kəndinə 24, Təzəbinə kəndinə isə  41 nəfər köçürülüb. 

 

Sakinlərə mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının məqsəd və vəzifələri barədə məlumat verib. 

Bildirib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq azad edilmiş ərazilərdə müasir infrastruktur qurulur, yaşayış evləri, sosial obyektlər inşa edilir və sakinlərin rahat, təhlükəsiz şəkildə məskunlaşması üçün hərtərəfli şərait yaradılır. Torpağına qayıdan insanların məşğulluq məsələsi də daim diqqətdə saxlanılır. Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi mərhələli şəkildə davam edir.

Bizim.Media, Qarabağ bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
18
bizim.media

10Mənbələr