AZ

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

Bakı. Trend:

“Nar” və Azərbaycan Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyiməşğulluq və insan kapitalının inkişafı istiqamətində əməkdaşlıqhaqqında anlaşma memorandumu imzalanıb. Memorandum Dövlət MəşğulluqAgentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və “Nar”ın başicarçı direktoru Özgür Genc tərəfindən imzalanıb.

Əməkdaşlıq çərçivəsində tərəflər iş yarmarkalarının birgətəşkili, işaxtaran və işsiz şəxslərin peşəyönümü və peşəhazırlığının dəstəklənməsi, bilik və bacarıqların artırılması üzrətəşəbbüslərin həyata keçirilməsi, həmçinin korporativ sosialmünasibətlərin inkişafına yönəlmiş layihələr üzərindəişləyəcəklər.

Anlaşma memorandumunun imzalanma mərasimində Dövlət MəşğulluqAgentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov işsiz və işaxtaranşəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlətərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb və “Nar” iləimzalanan memorandumun da işsiz və işaxtaran şəxslərin məşğulluqimkanlarının genişləndirilməsinə, eləcə də özəl sektorlaəməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini qeydedib.

“Nar”ın baş icraçı direktoru Özgür Genc bildirib: “İnanırıq ki,dövlət və özəl sektorun birgə səyləri nəticəsində işaxtaranşəxslərin potensialını üzə çıxarmaq, onların bacarıqlarını əməkbazarının tələblərinə uyğunlaşdırmaq və uzunmüddətli məşğulluqimkanları yaratmaq mümkündür.”

Qeyd edək ki, bu memordandum çərçivəsində tərəflər arasındaişgüzar görüşlər keçiriləcək, aktiv məşğulluq tədbirlərinə cəlbolunan şəxslərin dəstəklənməsi məqsədilə maarifləndirmə vəməlumatlandırma təşəbbüsləri həyata keçiriləcək.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitəxidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinəgörə ölkədə lider mobil operatordur. Mobil operatormüştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymətqarşılığında üstün xidmət təqdim edir.

Seçilən
13
44
az.trend.az

10Mənbələr