AZ

"Sumqayıt" "Karvan-Yevlax"ı məğlub edib

Misli Premyer Liqasının XVIII turunda "Sumqayıt" "Karvan-Yevlax"ı məğlub edib.

SİA xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Sumqayıt təmsilçisinin heyətində Aleksa Yankoviç (20) və Ronaldo Vaskez (33) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 30-a yüksəldən "Sumqayıt" 4-cü pillədə yer alıb. 6 xala malik "Karvan-Yevlax" isə sonuncu - 12-ci yerdə qərarlaşıb.

Günün son matçında "Qəbələ" evdə "İmişli" ilə üz-üzə gələcək. Bu matç Qəbələ şəhər stadionunda, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, XVIII tura fevralın 1-də yekun vurulacaq.

Seçilən
43
32
sia.az

10Mənbələr