Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil edilmiş tədbirdə Türkiyə təmsilçisi “Fənərbağça”nın da rəqibi müəyyənləşib.
Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vurmuş komandalar iştirak ediblər. İlk 8 yeri tutmuş klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.
Pley-off mərhələsində aşağıdakı cütlüklərin mübarizəsinə şahidlik edəcəyik:
Fənərbağça (Türkiyə) – Nottingem Forest (İngiltərə)
Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan)
Dinamo (Zaqreb, Xorvatiya) – Genk (Belçika)
Seltik (Şotlandiya) – Ştutqart (Almaniya)
Brann (Norveç) – Bolonya (İtaliya)
Panatinaikos (Yunanıstan) – Viktoriya (Plzen, Çexiya)
PAOK (Yunanıstan) – Selta (İspaniya)
Lill (Fransa) – Srvena Zvezda (Serbiya)
Qeyd edək ki, Avroliqada pley-off mərhələsinin matçları fevralın 19-da və 26-da keçiriləcək.
