AZ

Andersen nağıllarının motivləri əsasında konsert proqramı təqdim olunub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 yanvar, AZƏRTAC

Məşhur Danimarka yazıçısı Hans Kristian Andersen nağıllarının motivləri əsasında görkəmli bəstəkar Sergey Bortkeviçin piano pyeslərindən ibarət maraqlı konsert proqramı təqdim olunub.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasından AZƏRTAC-a bildirilib ki, konsertdə filarmoniyanın solistləri çıxış edib.

Konsertdən əvvəl çıxış edən filarmoniyanın direktoru, pianoçu Səidə Tağı-zadə hər iki sənətkarın yaradıcılığından danışıb. O, gənc və istedadlı pianoçuların əsərlərə olan fərdi yanaşmasından, ifa texnikasından, emosional ifadə imkanlarından bəhs edib.

Hans Kristian Andersenin və Sergey Bortkeviçin yaradıcılıq harmoniyasını belə izah etmək olar: Andersen nağıl yaradır, Bortkeviç isə həmin nağılları musiqi ilə danışır. Məhz bu yanaşmaya əsaslanaraq konsertdə balaca, istedadlı solistlər səhnədə həm nağıl danışıb, həm də xəyallarını pianonun sehirli səsləri ilə canlandırıb. Konsertin belə bir istiqamətdə təşkil olunması uşaqların həm ədəbi, həm də musiqi baxımından inkişafına olduqca böyük töhfədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
3
azertag.az

10Mənbələr