AZ

Növbəti “Rembo” ÇƏKİLİR - Bu dəfə Stallonesiz

Məşhur “Rembo” seriyasından növbəti filmin çəkilişlərinə başlanılıb.

Bizim.Media “The Hollywood Reporter”ə istinadən xəbər verir ki, yeni ekran işi “John Rembo” adlanacaq.
 

Con Rembonun gənclik illərindən bəhs edən seriyanın sayca 6-cı filmində Hollivud ulduzu Silvestr Stallone rol almayacaq.


Jalmari Helanderin rejissoru olduğu filmdə baş rolu bu il ekranlara çıxacaq “Küçə döyüşçüsü” filmində baş qəhrəmanı canlandırmış Noah Sentineo ifa edəcək.

Aktyor heyətində Jason Tobin, Quincy Isaiah, Jefferson White və Tayme Thapthimmhong da yer alır.

Filmin çəkilişləri Tailandın Banqkok şəhərində aparılır.

Qeyd edək ki, seriyanın ilk filmi olan “Rembo: Birinci qan” 1982-ci ildə ekranlara çıxıb. Daha sonra 1985, 1988, 2008 və 2019-cu illərdə seriyanın növbəti filmləri çəkilib.

Bizim.Media

Seçilən
30
50
bizim.media

10Mənbələr