AZ

"Pələng" Əfqanıstandakı Qarabağdan video paylaşdı

“Pələng” ləqəbi ilə tanınan azərbaycanlı "youtuber" Şahpələng Kərimov Əfqanıstanın Qəzni vilayətində yerləşən Qarabağ rayonuna səfər edib.

Ölkə.az xəbər verir ki, p, səfər zamanı çəkdiyi görüntüləri şəxsi “YouTube” kanalı və sosial şəbəkə hesablarında paylaşıb.

Paylaşılan videolarda rayonun ümumi mənzərəsi, küçələri və gündəlik həyat əks olunub. Görüntülər qısa müddətdə sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılanıb. Xüsusilə rayonun adının Azərbaycanla əlaqələndirilməsi izləyicilərin diqqətini çəkib.

Qeyd edək ki, Əfqanıstanda “Qarabağ” adlı bir neçə inzibati ərazi mövcuddur. Onlardan biri Qəzni vilayətində, digəri isə Kabil əyalətində yerləşən rayonlardır. Bu ad oxşarlığına baxmayaraq, sözügedən ərazilərin Azərbaycanın Qarabağ bölgəsi ilə birbaşa əlaqəsi yoxdur.

Həmidə İbrahimova

Seçilən
63
50
olke.az

10Mənbələr