AZ

Tramvaylarda gedişhaqqı nə qədər olacaq? – MÜHÜM AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Bu addım bir çox sərnişin tərəfindən sevinclə qarşılanıb. Həmçinin onlara maraqlı olan məsələlərdən biri də bu tramvayların gedişhaqqı qiymətinin nə qədər olacağıdır?

Nəzərə alaq ki, metroda gedişhaqqı 60, avtobuslarda isə 60-80 qəpikdir.

Bəs tramvayda neçə olacaq?

Bizim.Mediamövzuyla bağlı nəqliyyat eksperti Aslan Əsədovun fikirlərini öyrənib. O, açıqlamasında bildirib ki, tramvaylarda gedişhaqqı əslində bəllidir.

Tramvay və trolleybuslar "relsli və relssiz" nəqliyyat sinifinə aid olduğu üçün qiyməti marşrut və metro qiymətlərinə uyğun olacaq.

“Metro 60 qəpik olduğu üçün tramvayların qiymətini də 60 qəpik nəzərdə tutmaq olar”.

“Tramvay metroya alternativ olacaq”

“Bundan əlavə, göstərilən xidmətin, sistemin keyfiyyətinin yüksək olacağına inanıram. Çünki xətlər, infrastruktur 0-dan qurulacaq. Həmçinin gəlir də böyük olacaq. Bu vasitələr metroya alternativ olacaq”, - deyə Aslan Əsədov qeyd edib.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirdi ki, Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə "Sea Breeze" daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb.

Seçilən
44
5
turkustan.az

10Mənbələr