AZ

Səhiyyə naziri Anar Namazovu TƏLTİF ETDİ

Anar Elxan oğlu Namazov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.

Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
 
Qeyd edək ki, sözügedən mükafat səhiyyə sahəsində yüksək peşəkarlıq, çoxillik səmərəli fəaliyyət göstərmiş və xüsusi nailiyyətlər əldə etmiş, o cümlədən 10 il və daha artıq əmək stajı olan tibb işçilərinə verilir.

Məlumat üçün bildirək ki, Anar Namazov 17.05.1983-cü il tarixində Qubadlı rayonunda anadan olub.

O 1990-1993-cü illərdə Qubadlı rayonu 2 saylı orta məktəb, 1993-1996-cı illərdə Sumqayıt şəhəri 24 saylı orta məktəb, 1996-2000-ci illərdə isə Dədə Qorqud özəl türk liseyində təhsil alıb.

Milli.Az 

Seçilən
36
milli.az

1Mənbələr