Yanvarın 30-da elm və təhsil naziri Emin Əmrullayev Kürdəmir şəhərində vətəndaş qəbulu keçirib.
"Unikal" xəbər verir ki, qəbulda Kürdəmir, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar təhsil müəssisələrinin təmir-tikintisi, müəllimlərin iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta