AZ

Qol və çiyin ağrısı olan kişidə ölümcül xəstəlik aşkarlandı

Böyük Britaniyada yaşayan 49 yaşlı kişinin bir il ərzində davam edən qol və çiyin ağrısının səbəbinin dördüncü mərhələ ağciyər xərçəngi olduğu müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilib ki, kişi uzun müddət çiyin və qol nahiyəsində artan ağrılar hiss edib. İlkin mərhələdə bu vəziyyət əzələ gərginliyi ilə əlaqələndirilib, daha sonra isə sinirin sıxılması diaqnozu qoyulub. Lakin tətbiq olunan müalicələr və ağrıkəsicilər vəziyyəti yüngülləşdirməyib.

Zaman keçdikcə ağrılar daha da şiddətlənib. Xüsusilə gecələr ağrı dözülməz həddə çatıb. Tədricən onun hərəkət imkanları məhdudlaşıb, özünə qulluq etməkdə çətinliklər yaranıb. Aparılan əlavə tibbi müayinələr nəticəsində ağrının əsl səbəbinin dördüncü mərhələ ağciyər xərçəngi olduğu ortaya çıxıb.

Seçilən
71
33
publika.az

10Mənbələr