AZ

Bu binalarda lift quraşdırılmayacaq – İLGİNC SƏBƏB

Son illər yeni tikilən yaşayış binalarında liftlərin olmaması və ya standartlara uyğun qurlaşdırılmaması sakinlər arasında narazılıq doğurur. Xüsusilə mərtəbələrin sayı artdıqca bu məsələ həm rahatlıq, həm də təhlükəsizlik baxımından aktuallaşır. Maraqlıdır, qanunvericiliyə əsasən hansı binalarda liftin quraşdırılması məcburidir, hansılarında isə istisna halları mövcuddur?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 62.4-cü maddəsinə əsasən birinci mərtəbənin döşəməsindən sonuncu mərtəbənin döşəməsinə qədər hündürlüyü 11,2 metrdən çox olan yaşayış binalarında mütləq lift qurlaşdırılmalıdır.

“Bu tələbdən aşağı hündürlüyə malik binalarda liftin quraşdırılması məcburi sayılmır. Bununla yanaşı, qurulan liftlər təhlükəsizlik tədbirlərinə tam əməl olunmaqla istismar edilməli, istifadə zamanı insanların həyatı və sağlamlığı üçün risk yaratmamalıdır”.

Hüquqşünas vurğulayıb ki, şəhərsalma və tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət də nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 394-cü maddəsinə əsasən bu sahədə qaydaların pozulması inzibati məsuliyyətə səbəb olur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
47
50
konkret.az

10Mənbələr