Qahirə, 30 yanvar, AZƏRTAC
Qahirə Ticarət Palatası üzvlərini Azərbaycanda bu il keçiriləcək sərgi və konfranslarda yaxından iştiraka çağırır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qurumun saytında məlumat yerləşdirilib.
Qeyd olunur ki, Qahirə Ticarət Palatası beynəlxalq sərgi və tədbirlərdə yaxından iştirak etməkdə maraqlıdır. Qurum Misirin “2030-cu il Gələcəyə Baxış” hədəflərinin reallaşmasına töhfə verməyə çalışır. Yeni proqram çərçivəsində qeyri-neft məhsulları ixracının həcminin 145 milyard dollara çatdırılması qarşıya məqsəd qoyuulub.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə