AZ

Bu kənd və qəsəbələrdə işıqla bağlı YENİLİK 14,8 milyonluq LAYİHƏ

Baku.ws saytına istinadən ain.az xəbər verir.

"Azərişıq" ASC Naxçıvan Muxtar Respublikasının bir neçə yaşayış məntəqəsində elektrik infrastrukturunu yenidən quracaq.

BAKU.WS-in məlumatına görə, layihə Naxçıvan şəhərinin Qaraçuq qəsəbəsini, eləcə də Babək rayonunun Nəzərabad–Dividar, Ordubad rayonunun Dəstə, Şahbuz rayonunun Kükü və Kəngərli rayonunun Təzəkənd–Xıncab kəndlərini əhatə edəcək.

Layihənin ehtimal olunan dəyəri 14 milyon 858 min manat təşkil edir.

Qeyd edək ki, məqsəd kənd və qəsəbələrdə elektrik təsərrüfatını yeniləmək, itkiləri azaltmaq və əhalinin fasiləsiz enerji təchizatını təmin etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
50
baku.ws

10Mənbələr