AZ

Özümü tək yaraşdırdığım yer küçədir Kəramət Böyükçöl

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

"Özümü tək yaraşdırdığım yer küçədir”.

Bakupost.az Azxeber.com-a istinadla xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl akademik Nizami Cəfərovun yazıçı öz kitabını küçədə sata bilməz fikrinə münasibət bildirərkən deyib.

Kəramət Böyükçöl qeyd edib ki, yazıçının özünü mümkün qədər azad və rahat hiss etdiyi yer küçədir:

"Dövlətin diqqəti və qayğısı yazıçını Anar, Fikrət Qoca və Çingiz Abdullayev kimi adam edəcək. Mən isə elə bir adam olmaq istəmirəm. Ona görə də indiyə qədər özümü ən rahat hiss etdiyim yolla davam edirəm. Əgər nə vaxtsa yazıçı küçədə kitab sata bilməz kimi qanun icra olunsa, onda da başqa ölkədə kitab satarıq".

Yazıçı bildirib ki, heç vaxt prodüser vasitəsilə kitablarını satmağa çalışmayıb:

"Özümə prodüser tutmaq və kitab satışını biznes formasına çevirmək imkanım hələ yoxdur. Kitabımı birbaşa küçədə satıram və gəlir əldə edirəm. Mənim fikrimcə, oxucu ilə yazıçının arasında heç bir vasitəçi olmamalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
4
www.bakupost.az

10Mənbələr