AZ

İşçi qrupun növbəti iclası keçirilib

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupunun iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, videokonfrans formatında keçirilən iclas Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” məqsədləri üzrə 2025-ci il ərzində görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabatın müzakirəsinə həsr olunub.

İşçi qrupunun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 2025-ci ildə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat paketinin icra edildiyini bildirib. O, sosial ödənişlərdəki artım dinamikasının, sosial təminat sisteminin gücləndirilməsi tədbirlərinin ötən il də uğurla davam etdirildiyini vurğulayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat inklüziv cəmiyyət” məqsədləri üzrə 2025-ci il ərzində görülən işlərlə bağlı hesabatı təqdim edib.

Əməkhaqqı sisteminin təkmilləşdirilməsi, özəl sektorda məşğulluğun inkişafının stimullaşdırılması, məşğulluğun səmərəliliyinin artırılması, aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinə əlavə imkanların yaradılması, pensiya təminatı sisteminin maliyyə dayanıqlılığının təmin edilməsi və pensiyaçıların dövlət təminatının əhatəliliyinin genişləndirilməsi və sosial cəhətdən həssas əhali qruplarının dayanıqlı sosial xidmətlərlə təminatının artırılması kimi fəaliyyət istiqamətləri üzrə görülmüş işlərə dair müzakirələr aparılıb və təkliflər səsləndirilib.

Seçilən
20
50
hafta.az

10Mənbələr