AZ

Ermənistan ordusunda ruhani təmsilçiliyi ləğv olunub

Ermənistanın müdafiə naziri Suren Papikyanın əmri ilə silahlı qüvvələrin 20 ildən artıqdır fəaliyyət göstərən Ruhani Rəhbərliyi ləğv edilib.Bu barədə keşiş Psak Mkrtçyan məlumat yayıb.

O, sosial şəbəkə hesabında “Artıq ruhani vəzifələrimizdən azad edilmişik” yazaraq rəsmi qərarı təsdiqləyib.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi struktur dəyişikliyi ilə bağlı Eçmiədzin kilsəsinə rəsmi məktub göndərib.

Sözügedən struktur uzun illərdir Ermənistan ordusunda ideoloji və mənəvi xidmət sahəsində fəaliyyət göstərirdi.

Seçilən
90
38
anews.az

10Mənbələr