AZ

Qrenlandiya liderindən ABŞ a sərt mesaj: “Biz axmaq deyilik”

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

Qrenlandiya ilə bağlı ABŞ ritorikası Avropada strateji narahatlığı artırır.

Turkustan.az xəbər verir ki, Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Ağ Evin ölkəsi barədə yetərli məlumata malik olmadığını iddia edərək bildirib:

“Biz Qrenlandiyada axmaq deyilik. Onların öz xalqına necə davrandığını, demokratiyanın necə işlədiyini görürük. Biz cəmi 57 min nəfərik və hamımız bir-birimizi tanıyırıq.”ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı dəfələrlə səsləndirdiyi açıqlamalar fonunda yaranan gərginlik artıq ritorika səviyyəsini aşaraq Avropada strateji katalizatora çevrilib. Bu mövqe Fransa Prezidenti Emmanuel Makronun Yelisey Sarayında Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiya lideri Yens-Frederik Nilsen ilə keçirdiyi görüşdə açıq şəkildə nümayiş etdirilib.Makron vəziyyəti “bütün Avropa üçün strateji həyəcan siqnalı” adlandıraraq Avropa İttifaqını müdafiə və təhlükəsizlik məsələlərində uzun müddətdir davam edən “rahatlıq zonasından” çıxmağa çağırıb.Onun mesajı mövcud beynəlxalq nizamın daha geniş şəkildə yenidən qiymətləndirilməsinə yönəlib. Danimarkanın muxtar bölgəsi olan və geostrateji mövqeyi ilə zəngin təbii resurslarına görə Arktikanın əsas hissəsi sayılan Qrenlandiya artıq ABŞ-dan kənara çıxan qlobal rəqabətin mərkəzinə çevrilir. Rusiya və Çinin bölgəyə artan marağı fonunda buzlaqların əriməsi yeni dəniz yolları açır və bununla da milli sərhədləri aşan iqlim və təhlükəsizlik problemlərini gündəmə gətirir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
50
icma.az

10Mənbələr