Azərbaycan qanunvericiliyində hərbi xidmətə yollanan işçilərə nə qədər müavinət ödənildiyi müəyyənləşib.
Publika.az xəbər verir ki, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda tərəflərin (işəgötürən və işçi) iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
Bu halda işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyir.
Həmçinin, işəgötürən işçiyə orta aylıq əmək haqqının 3 misli miqdarında müavinətdən əlavə ay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əməkhaqqı və əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə də kompensasiya ödəyir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, bu halda işçiyə ödənilməli olan son haqq-hesab hesablanır: