AZ

“Qarabağ”ın oyununun tarixi və başlanma saatı

Yazını böyüt
Yazını kiçilt

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.

Hafta.az xəbər verir ki, “köhlən atlar” ilk matçını fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.

Komandalar arasında cavab görüşü fevralın 24-də İngiltərədə baş tutacaq. Həmin oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Seçilən
2
17
hafta.az

10Mənbələr