AZ

Fransadan Almaniyaya yollandı

“Leyptsiq” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

“Reyms”dən 20 yaşlı Abdul Kone transfer edilib. Gənc müdafiəçi ilə müddəti 2031-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Abdul bu mövsüm Fransa Liqa 2-də 18 oyuna 1 qol vurub və 1 qol ötürməsi edib.

Seçilən
53
1
football-plus.az

2Mənbələr