Türkiyə Superliqasında 20-ci tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
Səfərdə “Antalyaspor”la qarşılaşan “Trabzonspor” meydandan 1 xalla ayrılıb.
“Kasımpaşa” isə öz meydanında “Samsunspor”a məğlub olub.
“Antalyaspor” - “Trabzonspor” - 1:1
Qollar: van de Streek, 43 (1:0), Onuaçu, 53-pen. (1:1)
“Kasımpaşa” - “Samsunspor” - 0:1
Qol: Assoumou, 90+2
Bu nəticələrdən sonra “Trabzonspor” 42 xalla 3-cü, “Samsunspor” 30 xalla 6-cı, “Antalyaspor” 20 xalla 11-ci, “Kasımpaşa” isə 16 xalla 15-ci pillədə qərarlaşıb.