AZ

Fermin Lopez “Barselona” ilə yeni müqavilə imzaladı

Bakı. Trend:

Hücumameylli yarımmüdafiəçi Fermin Lopez “Barselona” iləmüqaviləsini 2031-ci ilin yayına qədər uzadıb.

Trend xəbər verirki, bu barədə klubun mətbuat xidməti X sosial mediaplatformasındakı rəsmi səhifəsində məlumat yayıb.

Daha əvvəl mediada 22 yaşlı yarımmüdafiəçinin yeni müqaviləyəəsasən maaşının ikiqat artırılacağı bildirilirdi. Eyni zamandafutbolçunun sərbəst qalma məbləğinin də iki dəfə yüksəldiləcəyivurğulanırdı.

Fermin Lopez “Barselona”nın gənclər sisteminin yetirməsidir. O,13 yaşında “Betis” akademiyasından Kataloniya klubuna qoşulub.Lopez əsas komandada bütün turnirlərdə 114 oyunda iştirak edib, 29qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkıbazar dəyəri 70 milyon avro təşkil edir.

Seçilən
87
az.trend.az

1Mənbələr