AZ

Bakıda 15 dərəcə isti olacaq

Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-8°, gündüz 10-15° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-5°, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Seçilən
620
49
senzor.az

10Mənbələr