AZ

Tramp ABŞ-yə rekord həcmdə investisiya cəlb edildiyini açıqladı

BAKI, 31 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu bir il ərzində ölkəyə təxminən 18 trilyon dollar həcmində investisiya cəlb etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp “The Wall Street Journal”a məlumat verib.

Ağ Ev rəhbərinin sözlərinə görə, bu göstərici onun sələfi Co Baydenin nəticələrini dəfələrlə üstələyir. Tramp bildirib ki, Baydenin öz hesablamalarına əsasən, əvvəlki administrasiya dörd il ərzində ABŞ-yə 1 trilyon dollardan az yeni investisiya cəlb edə bilib.

Tramp vurğulayıb ki, idxal rüsumlarından uğurla istifadə edərək ABŞ üçün misli görünməmiş həcmdə investisiya axını təmin edib. Onun sözlərinə görə, bir ildən az müddətdə 18 trilyon dollardan çox investisiya öhdəlikləri əldə olunub.

Qeyd edək ki, Tramp daha əvvəl 2025-ci ilin sonunadək digər ölkələrdən idxala tətbiq edilən gömrük rüsumları hesabına ABŞ iqtisadiyyatına yatırımların 20 trilyon dolları ötə biləcəyini açıqlamışdı. Xatırladaq ki, ABŞ prezidenti 2 aprel 2025-ci ildə 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq edildiyini elan edib. Daha sonra bəzi ölkələr üzrə tarif dərəcələrinə yenidən baxılıb.

Seçilən
50
teleqraf.com

1Mənbələr