AZ

Tramp bir il ərzində 18 trilyon dollar investisiya cəlb etdiyini açıqlayıb

Bakı, 31 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk ili ərzində ABŞ-a təxminən 18 trilyon dollar həcmində investisiya cəlb edildiyini bildirib. Onun sözlərinə görə, bu göstərici sələfi Co Baydenin əldə etdiyi məbləğdən 18 dəfə çoxdur.

AZƏRTAC xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “The Wall Street Journal” qəzetində dərc olunmuş məqaləsində yazıb: “Mən tariflərdən uğurla istifadə edərək Amerikaya əvvəllər heç bir ölkənin görmədiyi miqdarda nəhəng investisiya gətirdim. Co Bayden öz hesablamalarına əsasən, dörd il ərzində ABŞ-da 1 trilyon dollardan az yeni investisiya təmin edib. Biz isə bir ildən də az müddətdə 18 trilyon dollardan çox investisiya öhdəliyi cəlb etmişik”.

Seçilən
33
2
azertag.az

3Mənbələr