AZ

Oğul anasını qətlə yetirdi

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi törədilib.

Bakupost.az xəbər verir ki, kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası - 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq öldürüb.

Hadisə zamanı həyat yoldaşı - 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.

Məlumata görə, E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onun psixoloji problemlərinin olduğu bildirilir.

E.Vəliyevin iki azyaşlı övladı var.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
22
www.bakupost.az

10Mənbələr