
Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların, iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu baxımdan BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ölkəmizin təqdimatı istiqamətində əhəmiyyət kəsb edir.

Xatırladaq ki, BMT-nin Cenevrə bölməsində “Azərbaycan otağı” Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Burada müxtəlif konfrans və görüşlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmçinin otaq müasir proqramlaşdırma və yüksək texnoloji avadanlıqlarla təmin olunub.

“Azərbaycan otağı”nın tərtibatında milli elementlərə, eləcə də Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü - tar, kamança və qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer verilib.


AzVision.az