AZ

Bu universitet üçün yeni yataqxana TİKİLİR

Naxçıvan Dövlət Universitetinin nəzdində yeni tələbə yataqxanasının tikintisi nəzərdə tutulur.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Rektor bildirib ki, 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan yataqxana tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına, xüsusilə regiondan və xarici ölkələrdən gələn tələbələrin sosial-məişət problemlərinin aradan qaldırılmasına xidmət edəcək.

Elbrus İsayev qeyd edib ki, son illərdə universitetdə tələbə kontingentinin əhəmiyyətli dərəcədə artması bu cür infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edib. Yeni yataqxanan;n müasir tələblərə cavab verən şəraiti olacaq.

Seçilən
5
2
day.az

3Mənbələr