ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına potensial olaraq doqquz milyard dollarlıq "Patriot" hava hücumundan müdafiə raketlərinin satışını təsdiqləyib.
Bu barədə Pentaqondan məlumat verib.
Bildirilib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ-dən 730 ədəd "PAC-3 MSE" yer-hava raketi və əlaqəli avadanlıq almaq üçün müraciət edib.
Əməliyyat Dövlət Departamenti tərəfindən təsdiqlənib və ABŞ Konqresinə bildiriş təqdim olunub.
Bəyan edilib ki, Səudiyyə Ərəbistanına raket satışı ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğundur. Məlumata görə, Ər-Riyada silah satışı regionda güc balansını dəyişdirməyəcək.
Pentaqon hesab edir ki, bu razılaşma ABŞ ordusunun döyüş hazırlığına mənfi təsir göstərməyəcək.