AZ

Xaçmazda yük maşını piyadanı vuraraq öldürüb

Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Missiya.Az report-a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini Səbuhi Mahmudovu yolda yük maşını vurub.

Ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
27
9
missiya.az

10Mənbələr