AZ

Xalq artistinin oğlunu döyüb bu hala saldılar - FOTO+Saxlanılan var

Xalq artistinin oğlunu döyüb bu hala saldılar - FOTO+Saxlanılan var

Daxili İşlər Nazirliyinin (DİN) Məbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, baş verən insidentlə bağlı ərazi Polis Şöbəsində zərərçəkən A.Balıyevin izahatı alınıb.

E.İbrahimov qeyd edib ki, aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirməkdə şübhəli bilinən T.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma davam etdirilir.

***

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb. Bu barədə “Qafqazinfo”ya A.Balıyev özü məlumat verib.

O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində baş verib: “Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anamın maşınının nömrəsini deyərək, bizə məxsus olub-olmadığını soruşdu. 90-EB-444 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü anama məxsus “BMW” markalı maşının onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi.”

A. Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib: “Mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var, xəstəxanaya yerləşdirilmişəm”.

Hazırda ərazi üzrə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci Polis Şöbəsində araşdırma işləri davam etdirilir.

Seçilən
37
27
afn.az

10Mənbələr