AZ

Dollarla bağlı vəziyyət qəfil dəyişdi Manatı nələr gözləyir?

ain.az, Avtosfer saytına istinadən bildirir.

Son vaxtlar manatın məzənnəsi ilə bağlı müzakirələr yenidən aktivləşib. Tanınmış iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, dolların dünya bazarlarında ucuzlaşması və ya bahalaşması manatın digər valyutalara nisbətdə devalvasiya və ya revalvasiyaya məruz qalmasına səbəb olur.

Mövcud vəziyyət manat üçün devalvasiya riski yaradırmı?

İqtisadçı Emin Qəribli deyib ki, bu günlərdə dolların dəyərdən düşməsi təbiidir.

Onun sözlərinə görə, belə hallar əvvəllər də olub:

“1990-cı illərdə də kritik enişlər müşahidə olunub. Yəni bu, iqtisadiyyat üçün normal prosesdir. Əgər məzənnəyə baxsaq – həm nominal, həm də real baxımdan görərik ki, dolların dəyərinin azalması qaçılmazdır. Bu proses inflyasiya və indeksasiya ilə birbaşa əlaqəlidir. İnsanlar bunu gündəlik həyatlarında da müşahidə edirlər. Prosesin qarşısını almaq mümkün deyil. İqtisadiyyatın təbiəti elədir ki, pul dəyərdən düşür və buna qarşı durmaq mümkünsüzdür. Hər hansı bir valyutada pul saxlasanız da, onun alım qabiliyyəti zamanla azalacaq. Buna görə də pulunuzu sadəcə saxlamaqla deyil, onu kapitala çevirərək gəlir gətirəcək şəkildə yatırım etmək vacibdir. Bu, pulun iqtisadi dövriyyədə faydalı olması üçün ən düzgün yoldur”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda devalvasiya ilə bağlı ciddi əlamətlər hələlik görünmür:

“Valyuta ehtiyatlarımız davamlı artır. Əlbəttə, dünya iqtisadiyyatında problemlər mövcuddur, dolların da dəyəri dəyişir, neftin qiymətində dalğalanmalar var, neft hasilatı və ixracatı bəzən azalır. Amma bütün bunlara baxmayaraq, hökumətin maliyyə imkanları kifayət qədər güclüdür, ehtiyatlar artır və maye likvidlik təmin olunub. Bugünkü gündə müəyyən təzyiqlər var, lakin hökumət bunlara qarşı adekvat tədbirlər görür və iqtisadi stabilliyi qoruyur”./global.info

Oxunub 32

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
avtosfer.az

1Mənbələr