AZ

Qızıl almaq adı ilə soyğunçuluq etdi – Saxlanıldı + Video


Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.
Yeniavaz.com
DİN-ə istinadla xəbər verir ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.
Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Seçilən
52
22
yeniavaz.com

10Mənbələr