AZ

Azərbaycanda əhalinin bank əmanətləri artdı

Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 726,3 milyonmanat təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bu, aylıq müqayisədə 3,6 % az, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 3,6 % çoxdur.Bunun 50,4 %-i, yaxud 21 milyard 032,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 6,7 % azdır.İl ərzində ev təsərrüfatlarının əmanətləri 14,4 % artaraq 16 milyard 772,4 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 27,5 % artaraq 3 milyard 921 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 189,9 milyon manatı (il ərzində 3,7 % az) qısamüddətli, 18 milyard 536,4 milyon manatı (+14,4 %) isə uzunmüddətli olub.

Seçilən
33
10
metbuat.az

10Mənbələr