AZ

FHN-in Muğan Regional Mərkəzi təlim keçirdi

Ajans.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd mümkün qəzalar zamanı xilasetmə işlərinin təşkili və aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi və şirkətlərin personalının fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi olub. Təlim zamanı tikinti ərazisində baş vermiş şərti çökmənin nəticələri Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən operativ qaydada aradan qaldırılaraq “zərərçəkmişlər” xüsusi xilasetmə vasitələri ilə “xilas edilib”, onlara “ilkin yardım” göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriliblər. Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Seçilən
26
12
Ajans.az

10Mənbələr