JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
İlon Maskın nəzarətində olan “SpaceX”, “Tesla” və “xAI” şirkətləri arasında mümkün birləşmə müzakirə olunur.Valyuta.az xəbər verir ki, danışıqlar hələ erkən mərhələdədir.Müzakirə edilən ssenarilərə əsasən, “SpaceX” ilə “Tesla” və ya “SpaceX” ilə “xAI” birləşə bilər. Reuters bildirir ki, “SpaceX-xAI” birləşməsi bu il planlaşdırılan “SpaceX IPO”su öncəsi baş tuta bilər.Bu halda “Grok” çatbotu, “X” platforması, “Starlink” peykləri və “SpaceX” raketləri vahid korporasiya altında birləşəcək.Rəsmi açıqlama olmasa da, 21 yanvar 2026-cı ildə Nevada ştatında iki yeni şirkətinin yaradılması Maskın bu variantları açıq saxladığını göstərir.Qeyd edək ki, ötən il “SpaceX” “xAI”a 2 mlrd. dollar, bu həftə isə “Tesla” “xAI”a 2 mlrd. dollar investisiya yatırıb. “SpaceX”in dəyəri 800 mlrd. dollar, “xAI” isə “X” platforması ilə birlikdə 80 mlrd. dollar həcmində qiymətləndirilir.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX