AZ

Ölkədə icra olunmuş ürək əməliyyatlarının sayı açıqlandı

Son iki ildə Azərbaycanda 11 000-dən çox açıq ürək əməliyyatı həyata keçirilib.Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ramil Əliyev “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada deyib. R.Əliyev bildirib ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti qurulduğu gündən 20 il ərzində ölkə səhiyyəsinə böyük töhfələr verib: “Cəmiyyət həm səhiyyə sistemində sertifikasiya və standartlaşdırma işlərinə, həm də bilik-praktik fəaliyyətlərin birləşdirilməsinə çalışıb”.

Onun sözlərinə görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi açıq ürək əməliyyatlarının sayının xeyli artmasına səbəb olub: “2005-ci ildə ölkədə cəmi bir açıq ürək əməliyyatı həyata keçirilib. Lakin son iki il ərzində icbari tibbi sığortanın tətbiqi ilə bu rəqəm əhəmiyyətli dərəcədə artıb”.

Seçilən
40
14
metbuat.az

10Mənbələr