AZ

UFC 325: Fiziev üçün ağır son - İKİNCİ RAUNDDA NOKAUT

Bu gün MMA üzrə UFC 325 turniri start götürüb.

Apasport.az xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən yarışda Azərbaycan da təmsil olunub.

Günün əsas kartında təmsilçimiz Rafael Fiziev yer alıb. O, yüngül çəki dərəcəsində reytinq 14-cüsü Maurisio Ruffi ilə qarşılaşıb.

Görüşə Fiziev fəal başlayıb. Lakin o, üstünlüyünü qoruya bilməyib. İkinci raundun ortalarında Ruffinin ardıcıl zərbələri Rafael üçün qarşısıalınmaz olub. 

Braziliyalı döyüşçü təmsilçimizi nokautla məğlub edib. 

Qeyd edək ki, bunadək reytinq siyahısının 9-cu pilləsində qərarlaşan Fiziev mövqeyini itirəcək.

MMA döyüşçümüz növbəti qələbəsini qazanıb

Rafael Fiziyev qayıdır – rəqibi bəlli olub

Eduard Məmmədov Əbu Dabidəki DÇ-də iki qızıl medal qazandı

Yığmamız İslamiadada çempion oldu - FOTO

Yığmamız İslamiadanı bürünc medalla başa vurub

Seçilən
49
apasport.az

1Mənbələr