AZ

“Sübut etdik ki, heç bir rəqibdən çəkinmirik” - “Qarabağ”ın legioneri

“Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldiyimiz üçün çox xoşbəxtik.

İşimiz çətindir, çünki bu mərhələdə asan rəqib yoxdur. Yaxşı nəticə üçün çox çalışmaq lazım olacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın legioneri Emmanuel Addai deyib.

24 yaşlı qanalı yarımmüdafiəçi söyləyib.

“Biz “Qarabağ”ıq. Mövsüm ərzində göstərdiyimiz mübarizə sübut etdi ki, heç bir rəqibdən çəkinmirik. Meydana çıxıb öz oyunumuzu oynayacağıq”.

Əsas mərhələnin sonuncu turunda İngiltərədə “Liverpul”a 0:6 hesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb.

Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Seçilən
43
19
sportinfo.az

10Mənbələr