AZ

Daha bir heyvan bazarında yenidən satışa başlanıldı

Biləsuvar heyvan bazarında təxminən 3 aylıq fasilədən sonra bu gün yenidən satışa başlanılıb.

Ölkə.az xəbər verir ki, rayonun Əliabad kəndi ərazisində yerləşən bazar həftənin cümə axşamı və bazar günləri fəaliyyət göstərəcək.

Bazar ərazisi asfaltlanıb, giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Rampa və çardaqlar quraşdırılıb. Baytarlıq nəzarəti məqsədilə kliniki baxış platformaları yaradılıb. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib.

Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Qeyd edək ki, bundan öncə Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.(report)

Seçilən
33
23
olke.az

10Mənbələr