AZ

“Bitcoin”in qiyməti düşdü

“Bitcoin”in qiyməti 2025-ci il aprelin 7-dən bəri ilk dəfə 75 min dollar səviyyəsindən aşağı enib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, “Binance” platformasının göstəricilərindən aydın olur.

Bakı vaxtı ilə saat 07:30-da kriptovalyutanın dəyəri 74 859,9 dollar təşkil edib ki, bu da 4,89 faiz azalma deməkdir.

Saat 07:35-də isə eniş bir qədər zəifləyib və “Bitcoin” 74 865 dollar (-4,88%) səviyyəsində ticarət olunub.

Seçilən
26
2
bakivaxti.az

7Mənbələr