AZ

YAP Nərimanov rayon təşkilatı tədbir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Fuad Əliyev, Nərimanov rayon Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov və digərləri çıxış ediblər.

Çıxışlarda gənclərin dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğu bildirilib. Qeyd olunub ki, bu əlamətdar günün əsas məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində mühüm işlərin görülməsidir.

Natiqlər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, həmin tarix Azərbaycan Gəncləri Günü elan edilib və bu gündən etibarən Azərbaycan gəncliyinin inkişafında yeni mərhələ başlanıb. Qeyd olunub ki, bu siyasət bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və gənclərin fəaliyyəti daim dövlətin diqqət mərkəzində saxlanılır.

Çıxışlardan sonra Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin ifasında bədii hissə təqdim olunub.

Sonda bir qrup gənc təşəkkürnamə ilə təltif edilib.

Seçilən
34
1
unikal.az

10Mənbələr