AZ

Ateizmin ideoloqlarından Riçard Dovkinsin adı Epşteyn istintaqında hallanıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Məlumata görə, ateizmin aparıcı simalarından biri kimi tanınan ingilis alim dünya miqyasında tanınmış akademik, bioloq, zooloq və yazar Riçard Dovkinsin adı “Ceffri Epşteyn işi” çərçivəsində aparılan istintaq materiallarında çəkilir.

İstintaq prosesinə yaxın mənbələrin yaydığı məlumatlarda Riçard Dovkinsin Ceffri Epşteynlə yaxın dostluq münasibətlərində olduğu və Epşteynin təşkil etdiyi qapalı, xüsusi məclislərdə iştirak etdiyi iddia edilir. Sənədlərdə bu əlaqələrin hansı xarakter daşıdığına dair konkret hüquqi ittiham yer almasa da, Dovkinsin adının iş üzrə materiallarda keçməsi ictimai müzakirələrə səbəb olub.

Qeyd olunur ki, Riçard Dovkins elm və fəlsəfə sahəsində fəaliyyəti ilə yanaşı, dünyada ateizmin ən təsirli ideoloqlarından biri kimi tanınır. Onun müəllifi olduğu “Tanrı İllüziyası” kitabı qlobal miqyasda ən çox satılan əsərlərdən biri hesab olunur. Sözügedən kitabda Dovkins din və tanrı anlayışlarını sərt rasional yanaşma ilə tənqid edir və bu mövzuları insan düşüncəsi prizmasından mühakimə edir.

Analitiklərin fikrincə, Dovkinsin ideyaları xüsusilə “dinlərin dünyadakı pisliklərin əsas mənbəyi olduğu” və “İslamın təhlükəli ideologiya kimi təqdim edilməsi” kimi yanaşmaların formalaşmasında mühüm rol oynayıb. Bu baxışlar onun tərəfdarları ilə yanaşı, tənqidçiləri arasında da uzun illərdir kəskin polemikalara səbəb olur.

Seçilən
39
turkic.world

1Mənbələr