AZ

Premyer Liqa klubları Endrik üçün hərəkətə keçib

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

İspaniyanın “Real Madrid” klubuna məxsus olan və icarə əsasında Fransanın “Lion” klubunda çıxış edən braziliyalı hücumçu Endrikin adı Premyer Liqa klublarının transfer gündəminə düşüb.

İdman.Biz “Fichajes” nəşrinə istinadla xəbər verir ki, İngiltərənin “Tottenhem”, “Lids Yunayted” və “Sanderlend” klubları futbolçunun durumu ilə maraqlanır və onunla bağlı ilkin sorğular göndərib.

Mənbənin məlumatına əsasən, Endrik “Lion” forması ilə keçirdiyi yeddi oyunda dörd qol vurub, bir məhsuldar ötürmə edib. Bu göstəricilər İngiltərə klublarının diqqətini cəlb edib.

Xəbərdə qeyd olunur ki, “Real Madrid” rəhbərliyi futbolçunun inkişafından razıdır və hazırkı mərhələdə tələsik qərar vermək niyyətində deyil. Klub icarə planının məqsədə uyğun şəkildə davam etdiyini düşünür.

Bildirilir ki, “Tottenhem” futbolçunu orta müddətli layihə çərçivəsində dəyərləndirir. “Lids Yunayted” və “Sanderlend” isə onun İngiltərə futboluna uyğunlaşa biləcəyini hesab edir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr